Xətai rayonu, Babək prospektində yerləşən "maşın bazarı"nda yerləşən mağazaların birində oğurluq edilib. Hadisə nəticəsində sahibkara 300 manat dəyərində maddi zərər dəyib.
Bu barədə zərərçəkmiş özü məlumat verib. Zərərçəkmiş sahibkar Elcan Musayev bildirib ki, oktyabrın 28-də olan oğurluq faktı ilə bağlı polisə müraciət edib: "Oğurluq edən şəxsin əməlləri mağazanın müşahidə kamerasına düşüb. O, satıcının başını qataraq avtomobil ehtiyat hissələrini oğurlayıb".
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










