Yalnız bir neçə yüz metrdən sonra gənc sürücü hadisədən xəbər tutub
Rusiyada olduqca maraqlı hadisə baş verib.
Qəzaya uğrayan avtomobil hərəkətdə olan evakuatorun yük hissəsindən yola düşüb. Maraqlısı budur ki, nəqliyyat vasitəsi yerə düşdükdən sonra , evakuatorun sürücüsü hadisənin fərqinə varmayıb. Digər sürücülər nə qədər çalışsalar da, sürücünü xəbərdar etmək mümkün olmayıb. Yalnız bir neçə yüz metrdən sonra gənc sürücü hadisədən xəbər tutub və geri qayıdaraq nəqliyyat vasitəsini evakuatora yükləyib. Xoşbəxtlikdən avtomobil evakuatordan yola düşərkən, yük maşını ilə arxadan gələn digər nəqliyyat vasitələri arasındakı məsafə kifayət qədər çox olub. Əks halda sürücülər manevr edə bilməyəcəkdi, bu da daha bir qəzanı qaçılmaz edəcəkdi. /avtosfer.az
7News.Az








