RU
Maşın iki piyadanı vurdu, biri öldü
14:24
732

Maşın iki piyadanı vurdu, biri öldü

Sumqayıtda sürücü iki qadını vurub, onlardan biri ölüb.


7News.Az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi "VAZ-21144” markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyevanı və Samirə Şirinovanı vurub. 

Hər iki piyada, habelə N.Nağızadənin 1 sərnişini xəstəxanaya yerləşdirilib, E.Dünyamalıyeva orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi araşdırma aparır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ