RU
Maşın mağazaya çırpıldı
11:13
1141

Maşın mağazaya çırpıldı

Gəncədə yol qəzası olub, sürücü xəsarət alıb.

7News.Az Kəpəz TV (Region TV) istinadən xəbər verir ki, 
hadisə bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

31 yaşlı Şərəf Əliyev idarə etdiyi “Lada Priora” markalı avtomobili yol kənarındakı meyvə-tərəvəz mağazasına çırpıb. Müxtəlif bədən xəsarətləri alan sürücü Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.







 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ