RU
Maşın oğruları saxlanıldı - Mingəçevirdə
10:17
218

Maşın oğruları saxlanıldı - Mingəçevirdə

Mingəçevirdə 5 avtomobil oğurlayan dəstə saxlanılıb.

Mingecevir.org bildirir ki, 2-si Mingəçevir, 2-si Göygöl, 1-i isə Gəncə sakini olan dəstə üzvləri hədəf olaraq binaların giriş hissələrinin yaxınlığında saxlanılan və siqnalizasiyası olmayan sovet avtomobillərini seçiblər.

Dəstə üzvləri ümumilikdə 4-ü "VAZ 2107”, 1-i "VAZ 2106” olmaqla 5 maşın oğurlayaraq satıblar.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir  sakinləri ,1990-ci  il  təvəllüdlü Samir Xəlilov, Məhəmməd Abbasov, Göygöl sakinləri Mikail Koço və  Tural Misirov eləcə də Gəncə sakini Mikayıl Qurbanov barəsində artıq cinayət işi açılıb. 

İstintaq davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ