RU
Maşından oğurluq edənlər tutuldu
17:30
417

Maşından oğurluq edənlər tutuldu

Bakıda avtomobillərdən oğurluq edənlər tutulub. 

7news.Az Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə,hadisə sentyabrın 18-də Nərimanov rayonunda baş verib. 

Bakı şəhər sakini Mansur Mustafazadəyə məxsus "Mercedes” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Sasani və əvvəllər məhkum olunmuş Turqut Sadıqlı 16-cı PB-nin əməkdaşları tərəfindən tutulublar. 

Ətraflarında aparılan tədbirlərlə onların sentyabrın 17-də 3 avtomobildən pul və mobil telefon oğurlamaları, daha bir avtomobildən isə oğurluğa cəhd göstərmələri müəyyən edilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ