Ağdam rayonunun Alıbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən 7NEWS.Az-a verilən məlumata görə, avqustun 7-də saat 13 radələrində Ağdam rayonunun Alıbəyli kəndi ərazisində Səfərli qəsəbə sakini R.Cümşüdov idarə etdiyi "VAZ-21015” markalı avtomobili ağaca vurub. Nəticədə R.Cümşüdovun sərnişini - arvadı Elnarə Cümşüdova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.
7NEWS.Az








