7NEWS.az xəbər verir ki, İspaniyada Barselona və Espanyol komandaları arasında keçirilən futbol matçı öncəsi sürücü avtomobili stadionun kənarında toplaşan azarkeş kütləsinin üzərinə sürüb. Hadisə nəticəsində 13 nəfər yaralanıb. Polis ilkin ifadəsində qadın sürücünün avtomobilin idarəetməsini itirdiyini bildirib. Kadrlarda onun qəfil sürətlənərək camaatın içinə sürdüyü göründüyü üçün sürücü nəzarətə götürülüb.








