RU
Maşını maneəyə çırpıldı, nəvəsi öldü
16:26
722

Maşını maneəyə çırpıldı, nəvəsi öldü

Aprelin 30-da saat 15 radələrində Abşeron rayonunun Cəngi qəsəbəsində Şamaxı şəhər sakini Mirələm Heydərov idarə etdiyi "Mercedes” markalı avtomobili beton yol ayrıcısına vurub.

7news.Az DİN-ə istinadən xəbər verir ki, nəticədə M.Heydərovun sərnişini, Bakı şəhər sakini olan nəvəsi - 11 yaşlı Əli Bəbirov xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib. 

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ