Qubada qaçırılan maşın vurulmuş vəziyyətdə tapılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 14-də saat 15 radələrində Quba şəhər sakini Nazim Xürrəminecata məxsus “VAZ-2103” markalı avtomobil qaçırılıb.
Quba RPŞ əməkdaşları tərəfindən avtomobilin rayon sakini Murad Bağırov tərəfindən qaçırılması və şəhər ərazisində idarə edilərkən yolun kənarında dayanan həmyerlisi Rabil Şərifova məxsus “KamAZ” markalı avtomobilə vurulması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, tutulub.
Quba RPŞ tərəfindən araşdırma aparılır./qafqazinfo
7News.Az








