RU
Maşını yol ayırıcısına çırpdı, arvadı öldü
13:24
345

Maşını yol ayırıcısına çırpdı, arvadı öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, aprelin 26-da saat 20:00 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini Kərəm Əliyev idarə etdiyi "Hyundai” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə K.Əliyevin sərnişini - arvadı Ağgül hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ