RU
Maska taxmadığı üçün 100 manat cərimələnən qadın polisin qarşısında AĞLADI - FOTO
15:30
388

Maska taxmadığı üçün 100 manat cərimələnən qadın polisin qarşısında AĞLADI - FOTO

Türkiyənin Bolu şəhərində Elif Nihan adlı qadın maskasız şəkildə iti ilə küçədə gəzərkən polislər onu saxlayıblar.

7News.Az Sondakika-ya istinadən xəbər verir ki, hadisə şəhərin ən məşhur küçələrindən olan İzzet Baysalda baş verib.

Gənc qadın öncə polisə şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edib. Elif Nihan "Maska taxmadığım üçün cərimə yazırlar" deyərək ağlamağa başlayıb. Polislər qadının gözünün yaşına baxmayıblar, ona 392 TL (Təxminən 100 manat) cərimə yazıblar.

 

Elif Nihan İ. bütün bu prosesi mobil telefonunun kamerasına çəkərək sosial şəbəkədə paylaşıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ