
BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Le Parisien" yazır.
Hadisə iyulun 5-də Bayonne şəhərində baş verib.
Müstəntiqlərin sözlərinə əsasən, sürücü avtobusa minən beş nəfərə maska taxmağın zərurətini xatırltıqdan sonra hətta bilet təqdim etməyən sərnişinlər maska taxmaqdan imtina ediblər.
Aralarındakı mübahisə davaya çevrilib və dəstə Monquyonu vəhşicəsinə döydükdən sonra hadisə yerindən uzaqlaşıb.
Sürücü huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hücum edən sərnişinlərə qarşı cinayət işi açılıb, lakin onların adları açıqlanmır.
Bayonna Bələdiyyə Başçısı Klod Oliv hücumu pisləyib və şəhər rəhbərliyinin avtobus sürücülərinin təhlükəsizliyini təmin etmək üçün çalışdığını vurğulayıb.
7News.Az








