Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçı işdən azad olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılarla vətəndaşlar arasında mübahisənin əks olunduğu görüntülər yayımlanmışdı. İlkin məlumata görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.








