7News.Az-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, bina sakinləri liftin qapısına və düymələrinə naməlum mayenin çəkildiyini görüncə polisə müraciət ediblər.
Polis müşahidə kameraları vasitəsilə qadının kimliyini müəyyən edib.
Nəzarət altına alınan 37 yaşlı K.M.-nın psixoloji problemləri olduğu iddia olunur.
Hadisə yerininə gələn istintaq qrupu ilkin olaraq, yaxılan mayenin yağ olduğunu müəyyən edib.

7News.Az








