RU
Maskalı quldurlara 42 il cəza - BAKIDA
12:42
879

Maskalı quldurlara 42 il cəza - BAKIDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Azad Həziyev, Nicat Xəlilov və Aqşin Mustafayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

7News.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.Mustafayevlə N.Xəlilov hər biri 14 il, A.Həziyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il avqustun 28-də saat 04 radələrində R.Quliyev küçəsində yerləşən “Qara çay” tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olaraq, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl qolunu bağlayıb, içərisində 60 000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Nicat Xəlilov, Aqşin Mustafayev və Azad Həziyev tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ