Ermənistanda valyutadəyişmə məntəqəsinin işçisinə silahlı hücum olub.
Hadisə Razdan rayonunda qeydə alınıb. Valyutadəyişmə məntəqəsinin işçisi, 52 yaşlı Sosa Muradyan işdən evə qayıdarkən 3 nəfər maskalı şəxsin hücumuna məruz qalıb. Əllərində tapança, dubinka və bıçaq olan şəxslər onu hədələyiblər. Maskalılar S. Muradyandan külli miqdarda pul oğurlayıblar.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə iştirakçılarının kimliyi məlum olub. Hazırda onların tutulması istiqamətində iş aparılır./olke.az
7news.Az








