Qırğızıstan vətəndaşı Yəhya Maşrapov, hansı ki, türk KİV-inin məlumatına görə, İstanbulda gecə klubuna hücumda şübhəli bilinirdi, bildirib ki, terror aktına heç bir aidiyyəti yoxdur.
Bu barədə AKİpress agentliyi xəbər yayıb.
Agentliyin məlumatına görə, Maşrapov 3 yanvarda Türkiyədən Bişkek aeroportuna gəlib və artıq ölkənin Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən dindirilib.
Maşrapov izah edib ki, 1 yanvarda ticarətlə bağlı işlərə görə Bişkekdən İstanbula gəlib. Amma qayıdarkən türk hüquq-mühafizə orqanlarının əməkdaşları onu təyyarədən endiriblər.
7News.az







