Dünyaca məşhur "Massive Attack” rok qrupunun gitaraçısı Ancelo Brusçini ağciyər xərçəngindən dünyasını dəyişib.
7NEWS.az xəbər verir ki, "Massive Attack” qrupunun 62 yaşlı gitara ifaçısı Ancelo Bruşçini dünyasını dəyişib. Bildirilib ki, məşhur musiqiçi ağciyər xərçəngindən dünyasını dəyişib. "Massive Attack” qrupunun sosial media hesabından edilən açıqlamada, "Onun "Massive Attack”a verdiyi töhfəni ölçmək mümkün deyil. Necə də şanslıyıq ki, belə bir həyatı birlikdə paylaşmışıq" ifadələri yer alıb.
7NEWS.az








