RU
Maştağada 13 yaşlı uşaq hasardan yıxılıb öldü
17:40
459

Maştağada 13 yaşlı uşaq hasardan yıxılıb öldü

Bakıda 13 yaşlı uşaq hasardan yıxılaraq ölüb.

7news.Az xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində baş verib.

Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi, döngə 4, ev 316-da yaşayan, 2005-ci il təvəllüdlü Rəhimov Ayaz Həsənbala oğlu həmin küçədə yerləşən evlərdən birinin hasarından yıxılıb.

Uşaq hadisə nəticəsində daxili orqanlarının zədələnməsindən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ