Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon sakini Müseyib Həsənovun (1972-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7news.az xəbər verir ki, bu il iyulun 10-da Maştağa qəsəbəs, M.Hüseyn küçəsi, dalan 7, ev 26-da Müseyib Həsənov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində həmkəndlisi Şamil Kərimovu (1949-cu il təv.) bıçaqlayaraq, qətlə yetirib. Daxil olan məlumat əsasında şübhəli şəxs
Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, faktla əlqaədar rayon prokurorluğunda cinayət işi başlanıb.
İş üzrə dindirilən M.Həsənov hadisənin səbəbini açıqlayaraq bildirib ki, mərhum hər gün onu mütəmadi olaraq söyüb və təhqir edib. Qəssab işləyən Müseyib ayın 20-da özünə məxsus maşından düşüb, evinə daxil olmaq istəyərkən Şamil onu görüb, yenə də söyməyə başlayıb. Sonuncunun təhqirlərindən hiddətlənən Həsənov əvə girərək, ət kəsimində istifadə etdiyi bıçağı götürüb və küçəyə çıxıb. O, Kərimova yaxınlaşıb döş qəfəsi nahiyyəsindən iki, kürəyindən isə bir zərbə vuraraq, onu öldürüb.
İstintaqla müəyyən edilib ki, Həsənovla Kərimov arasında ədavət olub. Sonuncu peyin iyi gəldiyindən, Müseyibə həyətdə olan tövləni sökməyi deyib. Həsənov tövləni söksə də, aralarındakı ədavət davam edib. Hadisə baş verən gün Müseyib həyətində ət doğramaqla məşqul olarkən, Şamil isə həmin ətdən kəskin iy gəldiyini bildirərək, qonşusuna əti başqa yerdə doğramasını bildirib. Kərimovun bu sözünü özünə qarşı təhqir kimi qəbul edən Müseyib əlini bıçağa atıb və Kərimovu qəsdən öldürüb.
Hər iki şəxsin əvvəllər narkotik maddələrin qəbuluna qörə məhkum olunması müəyyən edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.












