RU
Matadorun qanı meydana çiləndi
15:00
981

Matadorun qanı meydana çiləndi

19 yaşlı matador öküzdən aldığı buynuz zərbəsinin dadını ömür boyu yadından çıxara bilməyəcək.

Meksikanın Quadalaxara ştatında keçirilən korrida festivalında, Perunu təmsil edən gənc matador xoşagəlməz vəziyyətlə üzləşib. Əlindəki qırmızı parça ilə öküzün əsəblərini tarıma çəkən Andres Roka Rey, aldığı zərbə ilə dişlərindən olub.

Əslində 19 yaşlı gəncin bəxti sayəsində sağ qaldığını demək olar. Bu matadorun təcrübəsizliyindən maksimum faydalanan öküzün atdığı buynuz zərbəsi, onun boğazından yayınsa da, ağzına tuş gəlib. Güclü zərbə matadorun damağını zədələməklə bitməyib, üst çənəsindəki qabaq dişlərini də kökündən çıxarıb.

Qan içində qalan perulunun köməyinə həmkarları yetişib. Bir neçə matador öküzün diqqətini yayındıraraq onu Andresdən uzaqlaşdırıb. Digərləri isə ciddi zərbə alan Andresi arenadan çıxarmağa çalışıb. Xəstəxanaya çatdırılan matadorun çənəsi xüsusi qəlibə salınıb. Onun öz əvvəlki vəziyyətinə qayıtması üçün həftələrlə müalicə olunacağı bildirilir.

Amma yerli media, Andresin bu olaydan qorxmadığına diqqət çəkib. Belə ki, sözügedən matador ayağa qalxar-qalxmaz yenidən arenaya qayıdacağını və nüfuzuna düşən ləkəni təmizləyəcəyini vəd edib./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ