7NEWS.az xəbər verir ki, Afrika ölkəsi Mavritaniyanın rəsmi xəbər agentliyinin verdiyi açıqlamada, bazar ertəsi günü Ndiaqo şəhərinin təxminən 4 kilometrliyində bir miqrant qayığının çevrildiyi bildirilib. Hadisə zamanı 89 nəfər həyatını itirib, sahil mühafizə qrupu isə biri 5 yaşlı qız olmaqla 9 nəfəri xilas edib. Xilas edilən mühacirlərin verdiyi açıqlamada, Avropaya getmək üçün 6 gün əvvəl Qambiya-Seneqal sərhədindən yola düşən qayıqda ən az 170 immiqrantın olduğu bildirilib.
7NEWS.az








