RU
Mayın 28-i ictimai nəqliyyat işləyəcək? - BNA-dan AÇIQLAMA
14:30
261

Mayın 28-i ictimai nəqliyyat işləyəcək? - BNA-dan AÇIQLAMA

Xəbər verdiyimiz kimi 28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

Qeyri-iş günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulduğunu nəzərə alsaq belə bir sual yaranır: Cümə günü ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulacaqmı?

Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu barədə hələ ki, məlumat yoxdur:

"İctimai nəqliyyatın hərəkətinə məhdudiyyətin tətbiq edilməsi səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusudur. 28 may belə bir qadağa tətbiq edilərsə, qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək", deyə, qurum rəsmisi qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ