RU
Mayk Pens Trampın prezident vəzifəsində atacağı ilk addımdan danışıb
22:18
432

Mayk Pens Trampın prezident vəzifəsində atacağı ilk addımdan danışıb

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Ağ Evdə atacağı ilk addım "Obamacare" kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq.

Bunu ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens bəyan edib.

Onun sözlərinə görə, ölkədə daha təkmilləşdirilmiş səhiyyə sisteminə ehtiyac var. 2010-ci ildə Obama administrasiyası tərəfindən həyata keçirilmiş səhiyyə islahatı aztəminatlı vətəndaşlara subsidiyaların ayrılmasını nəzərdə tutur. Eyni zamanda, hazırda ABŞ vətəndaşları dünyada ən bahalı olan icbarı səhiyyə sığortasını əldə edir.

Xatırladaq ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inauqurasiyası yanvarın 20-də keçiriləcək./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ