ABŞ üzgüçüsü Maykl Felps olimpiya oyunlarında növbəti qızıl medallarını qazanıb.
7News.az-ın məlumatına görə, o, əvvəl batterflyay üsulu ilə 200 metr məsafəyə üzməkdə hamıdan güclü olub. Ardınca isə sərbəst üsulla 4x200 m yarışlarında ABŞ millisinin heyətində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, onun Rio-da 3-cü qızılı olub.
Beləliklə o, Olimpiya oyunarında qazandığı qızıl medalları sayını 21-ə çatdırıb.
Bununla da Felps Olimpiya Oyunları tarixində ən çox çempionluq və medal qazanan idmançı kimi rekordunu yeniləyib.
Qeyd edək ki, Felps Afina-2004-də 6, Pekin-2008-də 8, London-2012-də 4, Rio-2016-da 3 qızıl medal qazanıb. Bundan başqa, 2 gümüş və 2 bürüncü də olan Felpsin ümumi medallarının sayı 25-ə çatıb.








