Axı siz kimsiniz ki, məni aldadırsınız?! Siz nə yalançı, həyasız insanlarsınız?!
Bunu deyən qadın zaldan mətbəxə keçib və meneceri boğmağa başlayıb.
Olay ABŞ-ın Kaliforniya ştatındakı Santa-Ana şəhərində, "McDonalds" fast-fud şəbəkəsinin restoranında baş verib.
30-33 yaşlarında olan qadın hamburger, çips və fri-kartof sifariş verəndən sonra zaldakı masalardan birinin arxasına keçərək nahara başlayıb. Lakin az sonra o, ketçupu görməyərək piştaxtaya yaxınlaşıb, "Ketçup verin" deyib.
Paketlərə qablaşdırılmış ketçupun ona verildiyini eşidəndə isə qadın çılğına dönüb.
O, qışqıraraq mətbəxə daxil olub və menecerə hücum çəkərək onu boğmağa başlayıb.
Yaşananlar videomüşahidə kameraları ilə çəkilib.
Polis davakar qadını axtarır.

7News.Az