RU
Möcüzə kimi hadisə: 24 nəfərin öldüyü qəzadan 4 yaşlı uşaq sağ çıxdı - VİDEO
15:40
514

Möcüzə kimi hadisə: 24 nəfərin öldüyü qəzadan 4 yaşlı uşaq sağ çıxdı - VİDEO

Türkiyənin Kocaeli vilayətində miqrant qayığının qəzaya uğradığı hadisə sonrası möcüzə kimi hadisə baş verib.

24 nəfərin can verdiyi qəzadan 5 saat sonra 4 yaşlı İraq türkməni olan Lia adlı qız uşağı helikopterdəki xilasedicilər tərəfindən aşkar edilərək dənizdən çıxarılıb.

Dənizdə 5 saat qalan Lianın öncə öldüyü sanılıb. Azyaşlı qız son anda əlini uzadaraq "Mən burdayam, yaşayıram" deyə qışqırdıqdan sonra helikopterdəki xilasedicilər onu aşkar edə biliblər.

Qeyd edək ki, qayıqda olan digər 6 nəfər isə hələ də tapılmır. Azyaşlı qızın atası xilas edilsə də, anasının axtarışları hələlik nəticə vermir./milli

 

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Möcüzə kimi olay: 24 nəfərin öldüyü qəzadan 4 yaşlı uşaq saatlar sonra sağ xilas edildi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ