RU
MDB ölkələri koronavirusa qarşı peyvənd əldə edəcəklər
16:30
180

MDB ölkələri koronavirusa qarşı peyvənd əldə edəcəklər

MDB ölkələri Rusiyanın koronavirusa qarşı peyvəndini Rusiyada kütləvi peyvəndləmə başlayandan sonra birinci əldə edə biləcəklər.

Bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında çıxışında bildirib.

"Rusiyada artıq "Sputnik V” və "Epivakkorona” yerli peyvəndləri qeydiyyatdan keçib. Üçüncü peyvənd də yoldadır. Qeyd etmək istəyirəm ki, Rusiyada kütləvi peyvəndləmə başlayandan sonra MDB-dən olan tərəfdaşlarımız Rusiya preparatını ala biləcək ilk ölkələr arasında olacaqlar. Hazırda peyvəndin istehsalının möhkəmləndirilməsi prosesi gedir”, - deyə V. Matviyenko vurğulayıb. (APA)

MDB ölkələri koronavirusa qarşı peyvənd əldə edəcəklər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ