RU
MDB ölkələrinin baş nazirləri 40 sənəd imzaladılar
12:55
1006

MDB ölkələrinin baş nazirləri 40 sənəd imzaladılar

Birlik 25 illiyini qeyd etməyə hazırlaşır.

MDB-yə üzv ölkələrin baş nazirləri MDB hökumət rəhbərlərinin Şurasının iclası çərçivəsində 40-a yaxın sənəd imzalayıblar.

Onların bəziləri hava əleyhinə müdafiə sistemi, eləcə də iqtisadi-ticari əməkdaşlığa, humanitar əlaqələrə, maliyyə və sosial-iqtisadi sahəyə, hüquq-mühafizə sahəsində əməkdaşlığa toxunur.

Hökumət rəhbərləri əsasən, 2011-ci il 18 oktyabr tarixli Azad ticarət haqqında müqavilənin müddəalarının həyata keçirilməsinin gedişatı və MDB-nin 2020-ci ilə qədər strateji inkişaf strategiyasının üçüncü mərhələsinin həyata keçirilməsi üzrə tədbirlər planına dair qərar qəbul ediblər.

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, eləcə də MDB-yə üzv ölkələrin hava əleyhinə müdafiə sistemlərinin birləşmələrinin yaradılmasının və inkişafının maliyyə aspektləri və MDB-yə üzv ölkələrin Müdafiə nazirlərinin Şurası nəzdində hava əleyhinə müdafiə məsələləri üzrə Koordinasiya komitəsinin fəaliyyətinin təminatına dair sənədlər də imzalanıb.

İclasın nəticələrinə görə, MDB-yə üzv ölkələrdə beynəlxalq elekton rabitə xidmətinin göstərilməsi üçün operatorlararası qarşılıqlı hesablaşmaların həyata keçirilməsi şərtlərinə dair razılaşma layihəsi də təsdiqlənib.

Bundan başqa, təbii qazın nəqliyyat vasitələri üçün mühərrik yanacağı kimi istifadə edilməsinin inkişafına və təşviqinə istiqamətlənmiş 2020-ci ilə qədər dövr üçün tədbirlər kompleksi layihəsi də qəbul edilib.

MDB-yə üzv ölkələr 2016-cı ildə qeyd ediləcək Birliyin qarşıdan gələn 25 illiyinə hazırlaşmağa başlayıblar. Bununla əlaqədar bu tarixə həsr edilmiş tədbirlər planı barədə qərar qəbul edilib.

12:08

Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət rəhbərlərinin Şurasının iclası başlayıb.

Hal-hazırda iclas dar formatda keçirilir, daha sonra hökumət rəhbərlərinə heyət üzvləri qoşulacaq və iclas geniş formatda davam edəcək.

MDB ölkələrinin baş nazirləri tərəfdaşlığın möhkəmləndirilməsi və inkişafı məsələlərini, eləcə də Qazaxıstanda bu yaxınlarda keçirilən Birliyin üzv ölkələrinin rəhbərlərinin İclasında qarşıya qoyulmuş tapşırıqları müzakirə edəcəklər.

MDB hökumət rəhbərlərinin Şurasının iclasında Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ