Konfransın işini açıq elan edən Fakültə dekanı, dosent Vüqar Mustafayev qeyd edib ki, Tələbə Elmi Cəmiyyətinin yaradılmasında həm tələbələrin təşəbbüsü, onların fəal vətəndaş mövqeyi və elmə marağı, həm də bu cür tələbə birliyinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaradan universitet rəhbərliyi əhəmiyyətli rol oynamışdır. Məhz bu maraqlar balansı, bir növ simbioz şəklində, onun mütəşəkkil inkişafına kömək edən başlıca amillərdən biridir.
Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov konfrans iştirakçılarına elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyətinin yerinə yetirdiyini qeyd edib. Bildirib ki, Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Bu elmi arena tələbələrin nə qədər bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir. Professor V.Əyyubov tələbələrə konfransın işində uğurlar arzulayıb.
Universitetin TEC sədri, baş müəllim Günəş Şəfaqətov qeyd etdi ki, bu gün TEC-in növbəti konfransı keçirilir, deməli elm sahəsində bu günü bayram kimi qeyd etmək olar. Bu yola qədəm qoyanlar gələcək alimlərin yerini tuta bilər. Sizin müəllimləriniz də elmə TEC-lə başlayıblar və zamanında bu yola qədəm qoyanda gələcək nəsillər üçün örnək vətəndaş olmalarını qarşılarına bir məqsəd olaraq qoymuşdular. O, tələbələrə konfransın işində uğurlar arzulayıb.
Sonra G.Şəfaqətov qeyd edib ki, konfransın proqrama uyğun olaraq, fakültə tələbələrinin yeddi elmi məqaləsi təqdim olunub və məruzə üçün ilk söz KE14.1 saylı qrupuun tələbəsi Nəzrin Cəfərova (elmi rəhbər b/m. M.Paşayev) verilib. O, "DELPHİ-nin qrafiki imkanlarının bəzi məsələlərin həllinə tətbiqi” mövzusu ilə məruzə edib.
Daha sonra EE13 saylı qrupuun tələbəsi Orxan Abdurəhmanov (elmi rəhbər L.Süleymanova) "Texnoloji proseslərin kabel izolyasiyalarının elektrik möhkəmliyinə təsiri” mövzusunda, MM14 saylı qrupuun tələbəsi Soltan Həsənov (rəhbər dos. V.Mustafayev) "Neft mancanaqlarıın istismar səmərəliyinin yüksəldilməsi yolları” mövzusunda, İT13 saylı qrupuun tələbəsi Fəridə Quliyeva (rəhbər A.Mustafayeva) "Holoqrafik texnologiyanın müasir həyatımızda rolu” mövzusunda, EE15 saylı qrupuun tələbəsi Taleh Məmmədov (rəhbər S.Şıxəliyeva) "Atom elektrik stansiyalarının dünya miqyasında və Azərbaycanda əhəmiyyəti” mövzusunda, YN14 saylı qrupuun tələbəsi Nurlan Hüseynov (rəhbər dos. Ş.Heydərov) "Fransada istifadə olunan yolkənarı xidmət komplekslərinin Azərbaycan ərazisində tətbiqinin məqsədəuyğunluğu” mövzusunda, EM16(M) saylı qrupuun tələbəsi, magistarnt Aytən Mahmudova (rəhbər dos. M.Mehdiyev) "Toksiki üzvi birləşmələrin struktur xassə asılılığının öyrənilməsində topoloji yanaşma” mövzusunda çıxış ediblər.
Bununlada konfrans öz işini başa vurub. Qeyd edək ki, konfransda tələbələrə müasir informasiya və telekommunikasiya vasitələrindən istifadə etməklə, proyektor vasitəsilə təqdim olunan elmi məqalələrin bütün detalları: cədvəllər, şəkillər, diaqramlar əyani şəkildə, təfsilatı ilə konfrans işttirakçılarına təqdim olunub.












7News.Az








