RU
MDU tələbələri ixtisas fənlərini Azərbaycan İstilik Elektrik  Stansiyasında keçiblər
10:45
584

MDU tələbələri ixtisas fənlərini Azərbaycan İstilik Elektrik Stansiyasında keçiblər

Mingəçevir Dövlət Universitetinin "Energetika mühəndisliyi” ixtisası üzrə təhsil alan üçüncü kurs EnM20 saylı qrup tələbələrinin "İstilik energetik qurğular” və "Qazan qurğuları” fənlərinin məşğələ dərsləri sillabusa uyğun olaraq Azərbaycan İstilik Elektrik Stansiyasında keçirildi. Dərsdə "Energetika” kafedrasının müdiri dosent Ülkər Aşurova, fənn müəllimləri Əbülfət Ədilov və Sveta Bəkirova iştirak etdilər.

Tələbələr əvvəlcə Sağlamlığın, Əməyin Təhlükəsizliyinin qorunması və Ətraf Mühitin mühafizəsi ilə tam məlumatlandırıldı. Sonra İES-in inzibati binası və idarəetmə mərkəzi ilə tanış oldular. 
Daha sonra tələbələrə stansiyanın iş prinsipi izah edildi. İES-də istifadə olunan yanacaqlar, onların qəbulu, saxlanması və yandırılması (qaz paylayıcı stansiya) haqqında ətraflı məlumat verildi. 1 saylı enerji blokunda tələbələr buxar generatoru, onun quruluşu, yanacağın yandırılma sistemi, hava və çıxan qaz yolları, havavuran, tüstüsoran, regenerativ hava qızdırıcı, kolorifel; buxar turbini (YTS, OTS, ATS), kəsici (bağlayıcı) və tənzimləyici (drosselləyici) klapanlar, turbinin ön idarəetmə masası, val çevirici, elektrik generatoru; buxar turbininin soyutma və tənzimləmə sistemləri, onların avadanlıqları və rolu; ehtiyat kondensat çənləri və əlavə suyun verilmə sxemləri; kondensator və ejektor, onların quruluşu və iş prinsipi; turbin və elektrik intiqallı bəsləyici nasoslar onların, quruluşu və rolu; Buster nasosu və ona olan tələbatın səbəbi; regenerativ qızdırıcılar, onların növləri, iş prinsipi və rolu; dayaq və armaturlar, onların növləri ilə əyani tanış oldular.
Dərsdə həmçinin sex rəisinin müavini Qaffarov Elburus da iştirak edirdi. O, tələbələrin verdiyi sualları ətraflı izah edərək cavablandırdı.
Sonda kafedra müdiri tələbələrə yaradılan şəraitə görə stansiyanın rəhbərliyinə təşəkkür etdi.













7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ