Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin qalibi olmuş "Məcburi köçkün məktəblərində intellektual yarış” layihəsi uğurla sona çatıb.
Layihə rəhbəri Gülər Xudaverdiyevanın sözlərinə görə, layihə müddətində Bakıda və regionlarda 150 nəfər məktəblinin iştirakı ilə intellektual yarışlar keçirilib. Yarışların məqsədi məcburi köçkün ailələrinin uşaqlarında fizika, informatika fənnləri üzrə biliklərinin artırılmasından ibarət olmuşdur. Yarışların sualları vətənpərvərlik və maarifləndirici suallar olmağla iki hissəyə ayrılmışdır. Yarışlarda şagirdlər böyük həvəslə iştirak etmiş və sonda hər bir şagird sertifikatla təmin olunmuşlar.
Qeyd edək ki, layihənin uğurlu olması gələcəkdə də bu layihənin pilot layihə kimi keçirilməsində zəmin yaratmış olub.




7news.Az







