RU
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı
20:34
893

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı

Sərəncam imzalanıb.

Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

7news.az-ın xəbərinə görə, sərəncama əsasən “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” prezidentin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılacaq.
 
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ