RU
Məcburi köçkünlərin məskunlaşdığı tikili uçdu
19:49
431

Məcburi köçkünlərin məskunlaşdığı tikili uçdu

Aramsız yağan yağış Yevlax rayonunun Salahlı kəndində Texniki Peşə Məktəbinin binasında qəza şəraiti yaradıb.

7news.az Region TV-yə istinadən xəbər verir ki, istismar müddətini başa vuran binanın divarları uçaraq orada məskunlaşan, Kəlbəcər rayonundan məcburi köçkün Əbdürrəhmanovlar ailəsini təhlükə ilə üz-üzə qoyub. Yuxarıdan aşağı gələn divar parçaları ailənin uşaqlarının yatdığı çarpayıların üzərinə tökülüb. Xoşbəxlikdən uşaqlar çarpayıda olmayıblar.

Məzimovlar ailəsi də eyni həyəcanı yaşayıb.

Bildirək ki, bu binada 18 ailə yaşayır. Vaxtilə çiy kərpicdən hörülən tikilinin çardaq hissəsinin yarısı yox vəziyyətdədir. Məcburi köçkünlər bildirirlər ki, qəzalı vəziyyətdə olan tavan hər an dağıla bilər:

"Ev uçanda mismarlı taxtalar düşdü. Hələ də saxlayıram. O mismarlardan biri uşağın başına batsaydı, nə olacaqdı? Hamı da, rayon icra hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəliyindən gələnlər də deyirlər ki, burada oturmayın. Bəs biz harada oturaq? Bizə maraqlı odur ki, biz harada oturaq?".

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ