Məcburi köçkünlərin yaşadıqları evlərə basqın olub.
Hadisə Ağcabədinin Taxtakörpü qəsəbəsində salınan və Laçından olan məcburi köçkünlərin məskunlaşdığı Qarakeçdi yatağında qeydə alınıb. Sakinlərin bildirdiklərinə görə, basqınçılar ərazidəki 3 evə girib, onlardan 2-dən müəyyən əşyalar aparıblar.
Sakin Gülbikə Verdiyeva bildirib ki, onlar Daşkəsəndən yaylaqdan qayıdarkən qapının qırıldığını və evdən bəzi əşyaların aparıldığının şahidi olublar. Həmin əşyaların içərisində oğlunun toy kaseti də var. Ən diqqət çəkən məqam isə evin girişinə 2 içki qədəhinin, Gülbikə Verdiyevanın oğlu ilə gəlininin şəklinin üzərinə isə mətbəx bıçağının qoyulmasıdır.
Otaqların birində hadisəni törədənin ayaq izlərini də aydın görmək olur.
Faktla bağlı Laçin Rayon Polis Şöbəsində istintaq qrupu yaradılıb, təhqiqat aparılır./milli
7news.az








