RU
Məcburi köçkünü maşın vurub öldürdü
12:00
970

Məcburi köçkünü maşın vurub öldürdü

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

7news.Az xəbər verir ki, Lənkəran Rayon Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsü istintaqla hələlik müəyyən edilməyən avtomobil Ağdam rayonundan olan məcburi köçkün Bərdə şəhər sakini 1944-cü il təvəllüdlü Qurban Yelmar oğlu Abbasovu vurub.

Ağır dərəcəli bədən xəsarətləri alan yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hazırda sürücünün tutularaq istintaqa cəlb edilməsi istiqamətində işlər aparılır.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ