RU
Məclisdən Ruhaniyə məktub:
16:30
321

Məclisdən Ruhaniyə məktub: "O nazirləri dəyişin, yoxsa..."

İran parlamentində kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbii haqqında 40 deputatın imzaladığı müraciət qəbul edilib.

7news.Az xəbər verir ki, millət vəkili Əli Əsğər Yusufnejad çıxışında deyib:

"Əli Rəbii məclis daxili nizamnamənin 225-ci maddəsinə əsasən, ən gec 10 gün ərzində parlamentin xalqa açıq iclasına qatılaraq haqqında irəli sürülən ittihamlara cavab verməlidir".

Deputatların imzası ilə hazırlanan müraciətdə ölkə iqtisadiyyatına uyğun olmayan hərəkətlər, nazirliyin xalq qarşısında olan vəzifələrinin yerinə yetirilməməsi, vəzifə və məsuliyyətlərindən yayınaraq ölkə iqtisadiyyatına ciddi ziyan vurması irəli sürülüb. Bu səbəbdən Məclis üzvləri nazirlər haqqında lazımı ölçünün götürülməsini tələb ediblər.

Parlament üzvləri olan 200 deputat dünən məsələ ilə bağlı ölkə prezidenti Həsən Ruhaniyə açıq məktub yazaraq, iqtisadiyyatdakı geriləmə ilə bağlı tədbir görülməsini və məsul nazirlərin dəyişdirilməsini tələb ediblər. Sözügedən məsələlərdə məsuliyyəti olan şəxslər haqqında ölçü götürülməzsə, Məclisin həmin nazirlərə qadağa qoyacağı bildirilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ