Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən, şəbəkəyə daxil olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının müdiri vəzifəsinə Məmmədova Yeganə Qüdrət qızı və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə İbrahimova Afət Tofiq qızı təyin olunublar.
Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Nuriyeva Gülara Vahid qızı təyin edilib.
Təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.
7News.Az








