RU
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Slovakiyada səfərdədir
10:54
1335

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Slovakiyada səfərdədir

Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə 2016-ci il 23-28 may tarixində Bratislava şəhərində Respublika Gününə həsr olunmuş tədbirlərdə və rəsmi görüşlərdə iştirak etmək üçün Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli Slovakiyada səfərdədir.

Səfər çərçivəsində qonaqlar Slovakiyanın Mədəniyyət Nazirliyində Dövlət katibi İvan Seçik tərəfindən qəbul edilmişlər. Görüşdə 2017-2018-ci illərdə Azərbaycanda və Slovakiyada təşkil ediləcək mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə qarşılıqlı olaraq iştirak edilməsi, incəsənət ustalarının və müxtəlif kollektivlərin ezamiyyələri və digər məsələlər müzakirə olunmuşdur. Söhbət zamanı ölkəmizdə mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən uğurlu islahatlar, beynəlxalq tədbirlər barədə məlumat verilmişdir.

Azərbaycan nümayəndə heyəti Bratislava şəhər filarmoniyasının baş direktoru, professor Maryan Lapşanski ilə də görüş keçirmişdir. Filarmoniya ilə ətraflı tanışlıqdan sonra fikir mübadiləsi aparılmışdır. Müzakirələrdən sonra 2018-ci ildə dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar Bratislava Simfonik Orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsertin təşkili və bəstəkarın yubileyinin qeyd olunması barədə razılıq əldə olunmuşdur.

Mayın 25-də Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı Fəxri Konsulluğunda 28 may Azərbaycan Respublika gününə həsr olunmuş konsert proqramı nümayiş etdirilmişdir. Konsertdə Əyyub Quliyevin dirijorluğu ilə Xalq artisti, tarzən Ramiz Quliyev, Əməkdar artist, vokalçı Afaq Abbasova-Budaqovanın ifaları böyük alqışlarla qarşılanmışdır.

Slovakiyaya səfər zamanı Azərbaycan nümayəndə heyətinin parlamentlərarası dostluq qrupunda və və bir sıra nazirliklərdə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Tədbirlərdə Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı fəxri konsulu Cəlal Qasımov iştirak etmişdir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ