RU
Mədət Quliyev prezident seçkilərində səs verdi
09:49
591

Mədət Quliyev prezident seçkilərində səs verdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant, Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev Prezident seçkilərində səs verib.

M.Quliyev həyat yoldaşı ilə birlikdə 36 saylı dairənin 3 saylı məntəqəsində səsvermə hüquqlarından istifadə edib.

"Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur".

Bunu  Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

Onun sözlərinə görə, yalnız ölkədən qıraqda Azərbaycana qarşı siyasət aparanlar var:

"Bunun da ki, ölkə rəhbərliyi tərəfindən qarşı alınır. Hazırda heç bir təhlükə yoxdur. Hamı rahat şəkildə səsvermədə iştirak edə bilir".

Qeyd edək ki, hazırda ölkədə prezident seçkiləri keçirilir.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ