RU
MEDİA Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılır – FƏRMAN
15:42
206

MEDİA Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılır – FƏRMAN

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli fərmanında dəyişiklik edilib.

Bununla bağlı dövlət başçısı fərman imzalayıb.

 

Hazırda Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Fərmanla həmin üzvlərin sayı 4-ə endirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ