RU
MEDİA-dan gözlənilən bəyanat gəldi: BU YOLVERİLMƏZDİR
22:51
1477

MEDİA-dan gözlənilən bəyanat gəldi: BU YOLVERİLMƏZDİR

7NEWS.az Agentliyin bəyanatını təqdim edir:

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Azərbaycan dövləti cəmiyyət həyatında mühüm rol oynayan peşəkar medianın  fəaliyyətini daim yüksək qiymətləndirmiş, onun inkişafına hərtərəfli dəstək göstərmişdir.
Ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi hazırkı dövrdə bəzi şəxslərin öz statusundan istifadə edərək media mənsublarına qarşı etik çərçivələrə sığmayan təhqir və ittihamedici ifadələrdən istifadə etməsi yolverilməzdir.

Plüralizm, söz azadlığı və hər hansı tənqidi media materialına qarşı cavab hüququnun ifadə edilməsi hüquqi etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi vəzifəsindən və statusundan asılı olmayaraq hər kəsi öz peşəkar funksiyalarını yerinə yetirən media və jurnalistlərlə münasibətlərində daha təmkinli, məsuliyyətli olmağa və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır."
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ