RU
“Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi
17:12
740

“Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi

Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

7News.Az xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil, 78 maddədən ibarətdir.

Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ