RU
Media qurumları ciddi şəkildə qorunmalıdır
00:30
2004

Media qurumları ciddi şəkildə qorunmalıdır

Dünyanın media gündəmini zəbt edən Türkiyə hadisələri ilə bağlı fikir ayrılıqları davam etməkdədir. Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək rütbəli zabitlərin həbsi davam etdirilir.  Türkiyənin milli müdafiə naziri Fikri İşıq isə Hazırda vəziyyətin tamamilə nəzarət altında olduğunu dedi. Türkiyə prezidenti Ərdoğan Türkiyə kanallarına canlı bağlanaraq verdiyi müsahibəsində çevrilişin arxasında kimlərin durduğunu açıqlayıb. Prezident ordu daxilindəki qrupun "paralel dövlətə" işlədiyini bildirib və Çevrilişə cəhdin arxasında Gülən və terror qruplaşması durduğunu dedi.

Etiraf etmək lazımdır ki, Türkiyənin üzləşdiyi bu ağır sınaqdan məhz media çıxardı. Televiziyalar, internet və sosial media vasitəsi ilə insanlar təşkilatlanaraq cinayətin qarşısını aldılar.

Bu barədə saytımıza danışan ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev hərbi çevrilişlərin heç bir dövlətə xeyir gətirmədiyini dedi: “Hərbi çevrilişlər hər zaman dövlətin iqtisadi sütunlarını sarsıldıb. Bu birmənalı şəkildə belədir. Lakin təcrübə göstərir ki, çevriliş planını hazırlayan yüksək çinli məmurlar prosesin media tərəfini daha çox diqqətdə saxlayırlar. Əgər 20 yanvar hadisələrini yada salsaq görərik ki, silahlı birləşmələr ilk növbədə Dövlət televiziyasının enerji blokunu partlatdılar və bir sıra media orqanlarını ələ keçirdilər. Məqsəd ondan ibarətdir ki, insanlar baş verən prosesləri izləyə və müqavimət göstərə bilməsinlər. Türkiyədə də eyni hal yaşandı. TRT-ni, daha sonra bir sıra tv və radionu ələ keçirən terrorçuların insanları vahiməyə salan açıqlamalar verməyə başladılar. Lakin türk millətinin ayıqlığı və birliyi sayəsində Türkiyə sözün hər mənasında qalib gəldi. Lakin bu proses media təhlekəsizliyi məsələlərini daha da aktuallaşdırır. Hesab edirəm ki, strateji obyektlər, xüsusən televiya, radio və bəzi nüfuzlu internet media qurumları ciddi şəkildə qorunmalıdır. Düzdür ölkəmizdə hər hansı bir neqativ proses getmir. Lakin tədbirli olmaq hər zaman aktualdır. Saytlar da bu məsələlərdə daha diqqətli olmalı, düşmən dəyirmanına su tökən hərəkətlərə yol verməməlidirlər. Eyni zamanda hesab edirəm ki, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı proqramlar həyata keçirilməlidir. QHT-lər bu sahədə ciddi novatorluq edə bilərlər. Jurnalistlər ölkənin milli maraqlarını hər şeydən üstün tutmalıdırlar”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ