Terrorçu-kamikadze özünü nəzarət-keçid məntəqəsində partladıb.
Səudiyyə Ərəbistanının qərbində Mədinə şəhərində Peyğəmbər məscidi (Məscid əl-Nəbavi) yaxınlığında güclü partlayış baş verib.
7news.Az-ın xəbərinə görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.
Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsində baş verdiyi təsdiqlənib. Terrorçu-kamikadze məscid kompleksinə daxil ola bilməyib.
“Əl-Cəzirə” telekanalının məlumatına əsasən, terror aktı zamanı iki nəfər ölüb.
Qeyd edək ki, Peyğəmbər məscidi islamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur.
7news.Az








