İstanbulda keçirilən görüşdə Ukraynanın Rusiyaya təqdim etdiyi yazılı təkliflərdə Kiyevin NATO-ya üzv olmaqdan və nüvə silahından imtinası ilə bağlı müddəalar var.
7NEWS.Az xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski "Rossiya-24” telekanalının efirində deyib.
"Dünən uzun illərdən sonra ilk dəfə olaraq Kiyev hakimiyyəti Rusiya ilə razılığa gəlməyə hazır olduqlarını bəyan etdilər. Onlar bizə gələcək mümkün müqavilənin kağız üzərində yazılmış prinsiplərini təhvil verdilər, harada ki, NATO-ya üzv olmaqdan imtina, Ukraynanın bloksuz statusunun müəyyən edilməsi, nüvə silahlarından və digər kütləvi qırğın silahlarından imtina edilməsi qeyd olunub”, - Rusiya prezidentinin köməkçisi vurğulayıb.
Medinskinin sözlərinə görə, Ukraynanın təkliflərində həmçinin, xarici hərbi bazaların və hərbi kontingentlərin yerləşdirilməsindən imtina, eləcə də hərbi təlimlərin yalnız zəmanətçi dövlətlərin, o cümlədən Rusiyanın razılığı ilə keçirilməsi öhdəliyi də var.
Putinin köməkçisi onu da bildirib ki, Ukrayna dünən İstanbul görüşündə ilk dəfə olaraq gələcəkdə Rusiya ilə normal münasibətlər qurmaq üçün bir sıra vacib şərtləri yerinə yetirməyə hazır olduğunu qeyd edib.
7NEWS.Az








