RU
Medvedev Bakıya gəlir
11:05
1658

Medvedev Bakıya gəlir

Rusiyanın baş naziri Dmitri Medvedyev Azərbaycana səfərə hazırlaşır.

7News.Az bildirir ki, bu barədə hökumət başçısının mətbuat katibi Nataliya Timakova məlumat verib. Bildirilib ki, Medvedyev aprelin 7-də İrəvana, 8-də isə Bakıya gələcək. Səfər zamanı ikitərəfli əlaqələrlə yanaşı, son günlər cəbhədə yaranmış gərginlik də müzakirə ediləcək. Medvedyevin Azərbaycan səfərini Ermənistandan sonraya planlaşdırması İrəvanı narahat etməyə başlayıb. Erməni KİV-i hesab edir ki, Moskva Bakıdan çəkindiyi üçün belə bir qərar qəbul edilib. Rusiyalı baş nazirin aprelin 8-də Avrasiya İttifaqı Təşkilatının hökumətlərarası iclasında çıxışı gözlənilirdi. Lakin baş nazir bu toplantıya yollanmayaraq, Bakıya gəlməyi üstün tutub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ