"Rusiya qisas almaq üçün Kiyevdə qeyri-standart mülki obyektləri hədəf seçməlidir".
7News.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlüksizlik Şurası sədrinin müavini Dmitri Medvedev Moskvaya PUA-larla son hücumdan bəhs edərkən deyib.
Onun sözlərinə görə, Rusiya qisas almaq üçün Kiyevdə qeyri-standart mülki obyektləri hədəfə almalıdır: "Bizə zərbə endirmək üçün qeyri-standart hədəflər seçmək vacibdir. Belə hədəf ancaq anbarlar, energetik qovşaqlar və neft bazaları deyil. Ukraynada elə yerlər var ki, orada bizi gözləmirlər. Bunun səmərəsi daha böyük olacaq”.








