Rusiyanın baş naziri Dmitri Medvedyev ABŞ-ın apardığı siyasəti “məsuliyyətsiz” adlandırıb.
Bu barədə o, prezident Barak Obamanın Suriya konfliktində Rusiyanın rolu haqda söylədiyi tənqidi sözləri şərh edərkən bildirib.
“İŞİD-in güclənməsi həm də ABŞ-ın məsuliyyətsiz siyasəti nəticəsində mümkün olub. Amerika və müttəfiqləri terrorizmlə mübarizədə səyləri birləşdirmək əvəzinə, Suriyanın qanuni seçilmiş prezidenti ilə mübarizəyə girişib” – deyib Medvedyev.
Onun sözlərinə görə, “Yaxın Şərq ölkələrində ağıllı siyasət” ABŞ da daxil, bütün dövlətlər üçün Suriyanın bütövlüyümü təmin eləməyə qadir legitim hakimiyyəti müdafiədən ibarət olmalıdır, nəinki situasiyanı laxlatmaqdan./muavat
7news.az








